Wired Jurnalına Görə Gələcəyi Dəyişdirən Adamlar

Amerikanın ən çox oxunan texnologiya jurnallarından Wired hər il gələcəyə yön verən insanların siyahısını dərc edir. Növbəti NexList siyahısı keçən həftə dərc olundu. İnnovativ texnologiyanın yeni istiqamətləri ilə tanış olmaq üçün siyahının ən diqqət çəkən adamlarını sizə təqdim edirik.
  • Parisia Tabriz – Google Chrome

Google Chrome 2 milyard insan tərəfindən istifadə olunur. İstifadəçilərin əksəriyyəti internetin işləmə prinsipləri ilə bağlı məlumatlı deyil. Parisia Tabriz və onun komandası internet istifadəçilərini “zərərli saytlar”dan qoruyur.
  • Richard Craib – Numerai

Hər kəsin pul qazanmaq üçün bir birinin yolunu kəsdiyi bir dünyada Cənubi Afrikalı developer iş birliyi təklif edir. Numerai bütün yaxşı işlərin qarşılığını ala bildiyi platforma olaraq ortaya çıxıb.
  • Kait Schoeck – Microsoft

Microsoft texniki olaraq Apple-dan heç bir fərqi olmasa da vizual dizayn olaraq Apple rəqibini üstələyə bilmişdi. Schoeck sənətkar olaraq başladığı macərasına Microsoft-da davam edir və şirkətin illərdir bacarmadığı bir şeyi edərək Microsoft-un Apple-dan daha zövqlü kompyuterlər istehsal etməsində vacib rol oynayır.
  • Manu Prakash – Foldscope Instruments

Yüksək texnoloji alətlər steril labaratoriyalarda işə yarasa da ərazilərdə eyni effekti verə bilmir. Xüsusilə yoxsul  və ağır şəraiti olan bölgələrdə elmi araşdırmalar edən alimlər bu problemlə daha çox qarşılaşırdı. Manu Prakash görüntünü 2 min dəfə böyüdən və bir ədədi 1 dollardan ucuz olan mikroskopları inkişaf etdirir. Beləliklə alimlərin işi daha da asanlaşmağa başlayıb.
  • Jeff Lucas – Snap

Snap qurulduğu gündən etibarən sürətli yüksəlişi bu ildən başlayaraq enişə keçib. Snap bu gedişi dayandırması üçün sənayə sektorunun təcrübəli adamlarından Jeff Lucas-u gətirdi. Media sektorunun nəhəngləri ilə görüşərək 100 ilə 200 milyon dollarlıq müqavilələr imzalayan Lucas Snapchat-ı Facebook qarşısında yenidən gücləndirmək niyyətindədir.
  • John Brooks – Ricochet

Bu gün populyar olan mesajlaşma proqramlarının təklif etdiyi “end-to-end encryption” bəs etdiyinə inanmayan John Brook Ricochet adlı proqramını inkişaf etdirir. Proqramın xüsusiyəti mesajlardan əlavə mesaj müəlliflərin adını da gizlətməsidir. Ricochet-in əsas xüsusiyəti mesajla birlikdə mesajın müəllifini də gizlətməsidir.
  • Leslie Miley – Venture of America

Venture of America-nın məqsədi texnologiya şirkətlərini Silikondan çıxararaq Amerikanın digər ştatlarında fəaliyyət göstərən gənclərin startup-ları ilə tanış etməkdir. Silikon CEO-ları Venture of America proqramlarına qoşularaq digər ştatlara səyahət edib, yeni adamları kəşf edir.
  • Beth Holmes, Farah Houston, Michelle Riggen-­Ransom – Alexa

Amazon-nun milyonlarla insan tərəfindən istifadə olunan Alexa adlı süni zəkası fərqli sahələrdə peşəkar olan üç qadın tərəfindən inkişaf etdirilir. Riggen Ransom cihazın mətnlərini yazır, Psixoloq Farah Houston, bu cavabları tələblərə uyğunlaşdırır, Beth Holmes isə süni zəkanın aktual mövzular barədə kifayət qədər söz bazasına sahib olub olmadığına nəzarət edir.

Laura I. Gómez – Atipica

Böyük şirkətlərə işə qəbul prosesində adətən digər insanların məsləhəti ilə olur. Bu isə tanışlıqla yüksək vəzifələrə gəlməyin yolunu açır. Laura Gomez bunun qarşısını almaq üçün Atipica-nı yaradıb. Bu proqramla müraciət edənlər istedadına görə sıralanır və tanışlıqla işə qəbul olunmağın yolu kəsilir. Xüsusilə Silicon-a yeni gələn adamlar üçün Atipica çox şeyi dəyişdirəcək.
  • Gerd Manz – Adidas

Adidas-ın fabriklərini robotlarla dolduran Gerd Manz, beləliklə yeni müştərilərinə individual xidmət göstərə biləcək. Paltar fabriklərində robotların inkişaf etməsi ilə birlikdə müştərilərin xüsusi istəkləri artıq daha rahat istehsal ediləcək. Yaxın gələcəkdə artıq kütləvi istehsal ilə individual paltar istehsalın arasında fərq qalmayacaq.

James Lu – Helix

Bizim xarakterimizdən, xəstəliklərə verdiyimiz reaksiyaya qədər bütün xüsusiyətimizi formalşadıran genlərimizdir. James Lu-nun qurduğu Helix şirkəti bi sahədə elmi araşdırmalar edərək gələcəkdə bir çox sektora yön verə bilər.

alıntı : pahoo.az

Yorumlar