Şerlokun Yaddaş Sarayı

"Şerlokun Yaddaş Sarayı" haqqında ilk dəfə Barış Özcanın videosunu izləyərkən gördüm. Bu əslində mənim həyatımda mənim üçün çox böyük rol daşıyır. Əvvəlcə gəlin Barış özcanla tanış olaq


Barış Özcan hüquq fakültəsini bitirməsinə baxmayaraq,  dedikdə mənim ilk ağlıma gələn şey "Motivasiya"dır.
Onun "Bruce Lee'den özgüven konusunda ne öğrenebiliriz?" adlı bir videosunu izləmisinizsə mənim artıq bir söz deməyimə ehtiyyac yoxdur. Onun "Zinciri Kırma", "40 Sabah Erken Kalk" , "365 söz , 365 Not" kimi teoriləri bir çoxlarının həyatında mühüm rol oynayır. Bəziləri onun göstərdikləri Taktikalardan yararlanır. misal üçün mən özüm ondan öyrədiyim "S.O.D.T.İ", "Şerlokun Hafıza Sarayı" taktikasından istıfadə edirəm. 


"Şerlokun Hafıza Sarayı" taktikası çox ağıllıca düşünülmüş bir taktikadır. Beləki, bu taktikaya görə hər bir elementi bir şeyə oxşadıb yadında elə saxlamalısan. Şerlok isə bütün hər şeyi beynində canlandırdığı sarayda saxlayır. Əgər nəyisə yadına salmaq istəyirsə həmin saraya daxil olub onu axtarmağa başlayır. Misal üçün, sanki telefonunuzu axtarırsınız və onu tapa bilmirsiniz. Bunun üçün siz evə daxil olub, onu axtarıb və tapırsınız.


Yorumlar